waplog

Prosessor istehsalçısı rübü zərərlə başa vurub


Dünyanın ikinci ən böyük prosessor istehsalçısı olan Kanadanın “AMD” şirkəti 2012-ci ilin üçüncü rübünü zərərlə başa vurub. Zərərin həcmi 157 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 1 il əvvəl bu göstərici 97 milyon dollara bərabər idi.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, satışların həcmi 25 faiz azalaraq 1,27 milyard dollar təşkil edib.

“AMD” şirkəti belə hadisələr fonunda xərclərin azaldılması üzrə proqram elan edib. Belə ki, şirkətin heyəti 15 faiz azaldılacaq. Atılacaq bu addımlar artıq dördüncü rübdə 20 milyon dollara qənaət etməyə imkan verəcək. 2013-cü ildə qənaət 190 ABŞ dolları təşkil edəcək.




 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL