waplog

Ukrayna gömrük xidməti “Elektron gömrük çoxfunksiyalı inteqrasiya sistemi”ni işə salmaqla islahatları sürətləndirmək niyyətindədir


Ukrayna gömrük xidməti öz fəaliyyətini Avropa standartlarına uyğun olaraq  qurmaq üçün islahatların aparılmasını sürətləndirmək niyyətindədir. "Elektron gömrük çoxfunksiyalı inteqrasiya sistemi"nin işə düşməsi bu prosesin sürətləndirilməsi üçün gözəl vasitədir.

Bu məqsədlə Ukrayna gömrük xidməti tərəfindən hazırlanmış "e-gömrük çoxfunksiyalı inteqrasiya sistemi"nin layihəsi hazırlanıb və hökumət tərəfindən təsdiq edilib. Bu fikri Ukrayna Dövlət Gömrük Xidmətinin sədri İqor Kaletnik Avropa İttifaqının Şərq Sərhədində Gömrük Əməkdaşlığına dair "Maneələrin aradan qaldırılması" mövzusunda "Gömrük – 2013" yüksək səviyyəli seminarında deyib.

 "ICTnews" elektron xəbər xidmətinə seminar barədə məlumat verən Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən bildirilib ki, Avropa Komissiyası, Ukrayna Dövlət Gömrük Xidməti və Polşa Respublikası Gömrük Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirə Avropa İttifaqının və Avropa Qonşuluq Siyasətinə tərəfdaş dövlətlərin gömrük xidmətlərindən, Avropa Komissiyası və Ümumdünya Gömrük Təşkilatından yüzdən çox nümayəndə qatılıb. Azərbaycan tərəfini həmin seminarda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev təmsil edib.  

Tədbirdə bir sıra məsələlər, o cümlədən, Avropa İttifaqına inteqrasiya məqsədilə Avropa Qonşuluq Siyasətinə tərəfdaş dövlətlər və Avropa İttifaqı arasında ticarətin asanlaşdırılması məsələsinin daha geniş təşviqi, bu sahədə ümumi layihə və proqramların hazırlanması, gömrük prosedurları və qaydalarının, həmçinin məlumat mübadiləsinin harmonikləşdirilməsi və sadələşdirilməsinin təşkilinə diqqətin artırılması, səlahiyyətli iqtisadi operatorlar sisteminin inkişafı üzrə Avropa İttifaqının dəstəyi, dövlətlər arasında inteqrə edilmiş sərhəd idarəçiliyinin inkişafı, potensialın gücləndirilməsi sahəsində yeni metodlardan istifadə edilməsi və ümumi tranzit sisteminin yaradılması müzakirə edilib.


HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL