Kosmosda almazla zəngin planet aşkarlanıb
Amerikan-fransız astronomlar qrupu Xərçəng bürcündə almazla zəngin planet aşkarlayıblar.
Mütəxəssislərin sözlərinə görə, “55 Cancri e” adlandırılmış səma cismi Yer kürəsindən 40 işıq ili qədər məsafədə yerləşir. Diametri Yeri iki dəfə, kütləsi isə 8 dəfə üstələyən planet su və yaxud başqa maddə ilə deyil, qrafit və almaz qatları ilə örtülüb.
Planetimizdən çox asanlıqla görünməsi mümkün olan ulduzun ətrafında dövr edən “55 Cancri e” hələ 2004-cü ildə kəşf edilib. Belçikalı astrofiziklər 7 il sonra səma cisminin bütünlüklə su ilə örtülməsi haqqında iddia irəli sürüblər. Lakin xüsusi kompüter modelləri vasitəsilə planetin yeraltı sərvətinin kimyəvi tərkibini öyrənmək istəyən ABŞ və Fransa astronomları səma cisminin 30 faiz almazdan ibarət olduğunu sübut etdilər.
Planetin üst qatları dəmir nüvəsi, dərinlikləri isə almazdan başqa, karbon, silisiumlu karbid, müxtəlif silikatlarla zəngindir.
Layihənin müəlliflərindən biri Yel Universitetinin tədqiqatçısı Nikku Madhusudhan almazların tərkibinə görə Yer kürəsindəki almazlara oxşadığını, bununla yanaşı, orada maye halında da yerləşə biləcəyini deyib.
Alimlər əvvəllər də buna bənzər planetlər aşkarlayıblar. 2010-cu ildə almaz yataqlarının Günəş sisteminə daxil olan planetlərdə - Neptun və Uranda da olması barədə ehtimal irəli sürülüb. 2011-ci ildə isə alimlər İlan bürcündə almazla zəngin planet aşkarlayıblar.
Lakin “55 Cancri e”-nin yeni səma cismi olaraq günəşəoxşar planet yanında aşkarlanması elm aləmində ilk dəfə təsbit edilmiş yenilikdir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL