waplog

Ən güclü super-kompüter mərkəzi istifadəyə verilib


Bu günlərdə rəsmi olaraq Vayominq (NCAR-Wyoming Supercomputing Center - NWSC) super-kompüter mərkəzi açılıb. Orada Yer kürəsi haqqında elmlərin inkişafı üçün nəzərdə tutulmuş dünyanın ən güclü super-kompüteri yerləşir.

Milli Atmosfer Tədqiqatları Mərkəzi (NCAR) və ölkə universitetlərində çalışan alimlər mərkəzin saniyədə 1.5 kvadrillion (1 500 000 000 000 000) əməliyyat həyata keçirməyə imkan verən kompüterində elmi layihələrin icrasına başlayırlar. Bu layihələr Yer kürəsi haqqında sualların geniş spektrini əhatə edir.

"Bu mərkəz təbiət haqqında təsəvvürümüzü dəyişdirməkdə yardımçı olacaq, nəticədə cəmiyyət böyük fayda əldə edəcək - Atmosfer Tədqiqatları Korporasiyası Universitetinin prezidenti Tomas Boqdan bildirib. Super-kompüter proqnozları yaxşılaşdırmağa, əhali və iqtisadiyyatı daha səmərəli müdafiə etməyə imkan verəcək".



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL