Bu ilin 9 ayında fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,6 faiz artıb
Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,6 faiz artıb. 2012-ci il oktyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 1051 nəfər əcnəbi vətəndaşa fərdi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 13 272 nəfərə yüksəlib.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Fonddan bildirilib ki, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,2 faizini kişilər, 9,8 faizini isə qadınlar təşkil edir. Ümumilikdə 95 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (7733 nəfər) üzrə müşahidə olunur.
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1551 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 687 nəfərə çatıb. Sonrakı yerlərdə İran İslam Respublikası (435), Hindistan (294), Çin Xalq Respublikası (259), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (169), Özbəkistan (161), Bosniya və Herseqovina (128), Pakistan İslam Respublikası (116), Almaniya (114), Ukrayna (109), Filippin (108), İtaliya (93), Türkmənistan (91), Malayziya (87), Qazaxıstan (78), ABŞ (71) və s. ölkələr gəlir.
Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL