waplog

“Doing Business 2013” hesabatında Azərbaycan 67-ci yerdə qərarlaşıb


Oktyabrın 23-də Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business 2013” hesabatı açıqlanıb.

Hesabatda 185 ölkə arasında 67-ci yerdə qərarlaşmış Azərbaycan bir sıra göstəricilər üzrə yenə də qabaqcıl ölkələr sırasındadır. Belə ki, keçənilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 117 iqtisadiyyatını geridə qoyurdursa, builki hesabatda belə ölkələrin sayı 118-dir.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, builki hesabatda “müəssisənin yaradılması” göstəricisi üzrə Azərbaycan 18-ci, “əmlakın qeydiyyatı” üzrə 9-cu yerdə qərarlaşıb.

“İnvestorların maraqlarının qorunması” göstəricisi üzrə 25-ci pillədə olan Azərbaycan hesabatın dərc edildiyi tarixdən, bu göstərici üzrə öz mövqeyini köklü surətdə yaxşılaşdırmış və bu sahədə islahatlar aparan ölkə kimi ilk onluğa daxil olub. “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 25-ci yerdə, “Vergilərin ödənişi” göstəricisi üzrə Azərbaycan öz mövqeyini köklü surətdə yaxşılaşdıraraq, uğurlu islahatlar aparan ilk beş ölkə sırasına daxil edilib.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL