waplog

“E-ərizə ilə müraciət” xidmətindən istifadə edərək e-imza kartı sifariş edənlərə kartların bölgələrdə çatdırılması layihəsi üzərində işlər aparılır


“E-ərizə ilə müraciət” (http://e-imza.az/) xidmətindən istifadə edərək qeydiyyatdan keçən ilk 1000 nəfər vətəndaşa Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən  pulsuz e-imza kartlarının verilməsi aksiyası başa çatıb. Hazırda bu xidmət vasitəsilə “e-imza” kartı sifariş etmiş vətəndaşlara kartların respublikanı əhatə edən bütün Qeydiyyat mərkəzlərində verilməsi layihəsi üzərində işlər aparılır.

Bu layihənin reallaşması vətəndaşın e-imza kartını öz yaşayış yerinə yaxın olan poçt şöbəsində almasına şərait yaradacaq. Hal-hazırda “E-ərizə ilə müraciət” elektron xidməti vasitəsilə sifariş edilmiş kartlar ancaq MHM-in binasındakı Qeydiyyat Mərkəzində verilir.

Qeyd edək ki, MHM mütəxəssisləri tərəfindən hazırlanmış “E-ərizə ilə müraciət” elektron xidməti prosesi sadələşdirməklə, elektron imza sertifikatı əldə edilməsi üçün tələb edilən vaxtı da minimallaşdırıb. Belə ki, yeni xidmət istifadəyə verilməzdən əvvəl birbaşa  Qeydiyyat mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı əldə etmək üçün Bakı şəhərində minimum 3 gün, regionlarda isə 7 gün vaxt lazım olurdu.

Bu vaxtın əsas hissəsi istifadəçi ərizələrinin Sertifikat Xidmət mərkəzlərinə, hazır məhsulların isə vətəndaşlara çatdırılmasına sərf edilirdi. Yenilik isə istifadəçilərə xidmət keyfiyyətini yüksəltmək, vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alır.
 
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL