Respublikanın bütün orta ümumtəhsil müəssisələri üzrə şagirdlərin məlumat bazasının formalaşdırılması üzərində işlərə başlanacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) "Şagird-məzun elektron məlumat bazası"nın formalaşdırılmasına həsr olunmuş seminar-məşğələ keçirilib. Məşğələ barədə "İCTnews" elektron xəbər xidmətinə məlumat verən TQDK-dan bildirilib ki, komissiyanın müvafiq şöbələrinin mütəxəssisləri tərəfindən aparılan seminarda şəhər və rayon təhsil şöbələrinin nümayəndələri, əlaqələndirici şəxslər iştirak ediblər.
Seminarda iştirakçılar yeni sistem, onun iş prinsipi ilə tanış olublar: "Tədbirdə şəhər və rayonlar üzrə orta ümumtəhsil müəssisələrinin rəhbər şəxsləri, eləcə də təhsil müəssisələri üzrə əlaqələndiricilər barədə zəruri məlumatların sistemə daxil edilməsi ilə bağlı təlimat qaydaları izah edilib. Qeyd edək ki, növbəti mərhələdə respublikanın bütün orta ümumtəhsil müəssisələri üzrə şagirdlərin məlumat bazasının formalaşdırılması üzərində işlərə başlanacaq".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL