waplog

Regionlarda gənclərin İKT bilikləri öyrənilir


Azərbaycanın Masallı və Zərdab rayonlarında yaşayan gənclərin informasiya-kommunikasiya texnologiyalarından istifadəsi və eləcə də informasiya cəmiyyətində iştirakçılığı səviyyəsi öyrənilir.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi "İnformasiya cəmiyyətində gənclər amili" adlı layihəni həyata keçirməyə başlayıb. Bu layihə çərçivəsində sözügedən rayonlarda tədbir keçirilib.

Tədbirdə birliyin sədri İqbal Mirzəyev Azərbaycan dövlətinin informasiya-kommunikasiya texnologiyaları istiqamətində həyata keçirdiyi layihələr, onlardan, eləcə də "elektron hökumət"dən istifadə qaydaları, elektron vətəndaşlıq və sair haqqında ətraflı məlumat verib.

Daha sonra çıxış edənlər informasiya texnologiyalarının müasir dövrdə tətbiq metodları, gənclərin bu proseslərdə iştirakı,  informasiya daşıyıcılarının ayrı-ayrı sosial qruplara təsir üsulları haqqında iştirakçıları məlumatlandırıblar.

Müzakirələr zamanı informasiya cəmiyyətində QHT-lərin fəaliyyətinin daha da artırılması, dövlət strukturları ilə özəl sektor arasında münasibətlərin yaxınlaşdırılması, bu istiqamətdə ortaq layihələrin, ideyaların reallaşdırılması məsələləri müzakirə olunub.

Qeyd edək ki, layihənin 4 ay müddətində 4 rayonda reallaşması nəzərdə tutulub. Layihənin artıq ilkin mərhələsi başa çatıb və ikinci mərhələdə Ağsu və Hacıqabul rayonlarında tədbirlər təşkil olunacaq.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL