Gültəkin Hüseynova:“Ali məktəblərin kitabxanalarında yaradılmış elektron kitabxanaların işini tənzimləmək üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş əsasnamə olmalıdır”
Azərbaycanda ali məktəb kitabxanalarının nümunəvi əsasnamə layihəsi hazırlanıb. Bunu Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib. Onun sözlərinə görə, indiyədək ali məktəb kitabxanalarının nümunəvi əsasnaməsi olmayıb.
Əsasnamə kitabxanaların işləmə mexanizmini, kitab fondunun hansı formada saxlanılmasını, maliyyələşdirmənin hansı formada həyata keçirilməsini müəyyənləşdirəcək.
"Bu gün kitabxana sahəsində böyük yeniliklər var. Artıq ali məktəblərin kitabxanalarında elektron kitabxanalar yaradılır. Bu işi tənzimləmək üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş bir əsasnamə olmalıdır ki, kitabxanalar da həmin sənədə uyğun olaraq işlərini eyni qaydada qursunlar", - Hüseynova deyib.
Nazirlik rəsmisi sənədin Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcəyini qeyd edib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL