waplog

Mobil qurğular internetə çıxış üçün əsas vasitəyə çevriləcək


Ekspertlərin əksəriyyəti planşet və smartfonları postkompüter erasına aid edirlər və onların zamanla fərdi kompüteri (FK) İT bazardan çıxara biləcəyini qeyd edirlər. Beləliklə, çoxsaylı tədqiqat məlumatlarına əsasən, biz yeni dövrün kandarındayıq.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, zamanla daha çox istifadəçi mobil qurğulardan internetə çıxış üçün istifadə edəcək. Hesablamalara əsasən, "Ümumdünya Hörümçək Toru"na çıxış üçün FK-dan istifadə edən amerikalıların sayı 2016-cı ilədək 225 milyona qədər azalacaq. Müqayisə üçün qeyd edək ki, cari ildə onların sayı 240 milyona bərabərdir. Həmin dövrdə mobil internetin auditoriyası 174-dən 265 milyon istifadəçiyə qədər artacaq.

Qərbi Avropa və Yaponiyada kompüterlərdən mobil telefonlara kütləvi keçidi ABŞ-da bu trendin aktivləşməsindən 2 il sonra müşahidə etmək mümkün olacaq. "Kompüter heç vaxt sözün əsl mənasında istehlak məhsulu olmayıb" – "IDC"-nin multimedia və əyləncə tədqiqatları üzrə vitse-prezidenti Karsten Veyd belə hesab edir. "Bir çoxlarının başqa seçimi olmadığına görə FK-dən istifadə edir. Lakin smartfon və planşetlərin çeşidinin artması vəziyyəti dəyişdirəcək".

"IDC" tədqiqat şirkətinin hesablamalarına əsasən, 2012-ci ilin üçüncü rübündə mobil telefon bazarının həcmi 2,4 faiz artaraq 444 milyon qurğu təşkil edib.

"IDC"-nin son tədqiqat məlumatına əsasən, mobil reklam bazarının həcmi 2016-cı ilədək 28,8 milyard dollar təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə bu bazarın həcmi 6 milyard dollara bərabər olmuşdu. Mobil qurğu istifadəçilərinə göstərilən şəbəkə xidmətləri bazarının həcmi 6 dəfə artacaq və 2016-cı ilədək 223 milyard dollar təşkil edəcək. Sosial şəbəkələrə kompüterlə daxil olan istifadəçilərin payı 2016-cı ilədək 52 faizə qədər azalacaq. Qeyd edək ki, 2012-ci ildə onların payı 66 faiz təşkil edib.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL