Hollandiyalı alimlər özü bərpa olunan beton yaradıblar
Delftski Texniki Universitetinin əməkdaşları yeni nəsil beton yaradıblar. Alimlər materialın klassik tərkibinə xüsusi bakteriyalar və kalsium laktat qranulaları əlavə ediblər. Bakteriyaların yaratdığı kalsit zamanla betonda əmələ gələn çatların yerini doldurur və bununla da onun strukturunu bərpa edir.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, ilk sınaqlar yeni özü bərpa olunan betonların adi şəraitdə ənənəvi betonlardan heç nə ilə fərqlənmədiyini göstərib. Lakin yeni betonlarda çat yarandıqda ona rütubət düşür, bakteriyalar fəallaşır və bərpa işinə başlayırlar.
Bakteriyalar laboratoriya şəraitində həm kiçik çatları, həm də olduqca böyük çatları bərpa edə biliblər. Alimlər bildiriblər ki, yeni özü bərpa olunan betonun sınaqları bir neçə il davam edəcək və bundan sonra materialı tikintidə tətbiq etmək mümkün olacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL