Salat hazırlayan robot
Koreya Elmi-Texniki İnstitutunun nəzdində fəaliyyət göstərən İntellektual robot texnikası mərkəzinin mühəndisləri “Robot World 2012” sərgisində “CIROS” adlı ev robotunu təqdim ediblər.
“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, “CIROS” modeli üzərində aparılan işlərə hələ 2005-ci ildə başlanıb. Robot təqdimat zamanı tərəvəzləri səliqə ilə doğrayaraq salat hazırlayıb. İnstitutdan verilmiş məlumata əsasən, “CIROS” robotunun hazırkı versiyası adətən mətbəxdə yerləşən obyektləri (mikrodalğalı soba, soyuducu, qabyuyan maşın və digər avadanlıqları) “tanıyır” və onları asanlıqla idarə edir.
Robotun baş hissəsinə infraqırmızı “3D” datçik quraşdırılıb. Bu modul obyektlərin tanınmasına xidmət edir. “CIROS” robotunun boyu 160 santimetr, çəkisi 150 kq təşkil edir. O, təkərli platforma vasitəsilə hərəkət edir. Robot hərəkət zamanı maneələri 2 ədəd lazer məsafəölçəni və 6 ədəd ultrasəs datçiki vasitəsilə aşkar edir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL