waplog

"Hər kəs üçün super-kompüter"


“Adapteva” şirkəti “Kickstarter” saytı vasitəsilə “Parallella” layihəsinin həyata keçirilməsi üçün lazımi məbləği toplaya bilib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına  bildirir ki, layihə "hər kəs üçün super-kompüter" hazırlamasını nəzərdə tutur. “Adapteva” şirkətinin fikrincə, belə qurğuların ölçüsü kiçik olacaq, lakin yüksək enerji səmərəliliyi ilə fərqlənəcək.

“Parallella” mini-kompüterinin əsasını “ARM” arxitekturalı ikinüvəli prosessor təşkil edəcək. Mini-kompüter 1 Qb əməli yaddaş, “MicroSD” kartları üçün slot, “Gigabit Ethernet” şəbəkə adapteri, 2 ədəd “USB 2.0” portu və “HDMI” interfeysi ilə təchiz ediləcək. Onun ölçüləri təxminən 85×53 millimetr təşkil edəcək.
 

 

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL