waplog

Çin 100 petaflop/san gücündə super-kompüter hazırlayacaq


Bu günlərdə ABŞ-da 20 petaflop/san gücündə “Titan” super-kompüterinin yaradılması haqqında elan edilib. Lakin Çindən olan nümayəndələrin verdiyi məlumata görə, hazırda “Titan”dan 5 dəfə daha güclü super-kompüterin hazırlanması planlaşdırılır. Həm də bu super-kompüter Çin istehsalı olan prosessorlar əsasında işləyəcək.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Quançjou super-kompüter mərkəzindən (super-kompüter burada yerləşəcək) verilən məlumata əsasən, yeni “Tyan'e-2” hesablama qovşağı 2015-ci ildə istifadəyə veriləcək. Bu super-kompüter sayəsində Çin belə həllər bazarında rəqabətə davamlı olaraq qalacaq.

Mütəxəssislər, həmçinin qeyd ediblər ki, 2015-ci ildə 100 petaflops gücündə kompüter elə də qeyri-adi səslənməyəcək. Belə ki, sahə üzrə ekspertlər 2018-ci ildə 1000 petaflop/san gücündə super-kompüter hazırlamağa imkan verəcək məhsulların yaranacağını hesab edirlər.

Qeyd edək ki, 2010-cu ildə “Tyan'e-1” super-kompüteri “Top-500”  siyahısında birinci yerdə qərarlaşmışdı. Hazırda o, “Top-500” reytinqində beşincidir. 4.7 petaflop/san gücündə olan “Tyan'e-1” super-kompüteri “İntel” və “Nvidia” çipləri əsasında işləyir.

“Tyan'e-2” super-kompüteri Çinin Milli Müdafiə Texnologiyaları Universitetinin bazası əsasında yaradılacaq. Universitetdən verilən məlumata əsasən, hazırkı super-kompüterin yaradılmasının arxasında rəsmi Pekin dayanıb. Bu yaxınlarda “Tyan'e-2” super-kompüteri üzərində aparılan işlərə Çin Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Proqram Təminatı İnstitutunda çalışan mütəxəssislər qoşulublar.

Məlumat üçün qeyd edək ki, Çin Xalq Respublikası (ÇXR) 2015-ci ilədək 100 petaflop/san gücündə super-kompüter hazırlamağa çalışan yeganə dövlət deyil. Avropa İttifaqı, Yaponiya və ABŞ da bu cür planlar haqqında elan edib.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL