Azərbaycanda analoqu olmayan elektron kitab mağazası yaradılıb
Azərbaycanda daha rahat şəkildə kitab satışını həyata keçirmək üçün elektron kitab mağazası yaradılıb. «kitabevim.az» adlanan e-mağaza ölkənin bütün ərazilərindən sifariş qəbul edir və eləcə də ünvana çatdırır. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə elektron mağazanın rəhbəri Teymur Fərziyev məlumat verib. Onun sözlərinə görə, “SINKOD” yayın şirkəti Azərbaycanda fəaliyyət göstərən yeganə kitab yayımı və ticarət şirkətidir.
Məqsədlərinin ölkədə kitab bazarına yeni ruh gətirmək olduğunu vurğulayan T.Fərziyevin sözlərinə görə, şirkətlə əməkdaşlıq çərçivəsində istənilən kitabı elektron qaydada ən ucuz qiymətə almaq mümkündür. Elektron mağazanın rəhbəri deyib ki, internet üzərindən sifariş alındıqdan 24 saat müddətində məhsullar ünvana çatdırılır: «Kitabevim.az e-mağazası 2012-ci ildə qurulub. Bu e-mağaza yerli və xarici kitabların ofisdən və evindən internet üzərindən və telefonla sifarişini təmin edir. E-mağazamızdan alış-veriş etmək çox asandır. Saytda bölmələr, alt bölmələr və mövzular üzrə müxtəlif dillərdə sadələşdirilmiş Kitab Axtarışı Sistemi (KAS) var.
Saytda qeydiyyatdan keçdikdən sonra il ərzində 7/24 endirimli məhsullardan e-mail vasitəsilə dərhal xəbərdar olmaq imkanını əldə etmək mümkündür. Çətin tapılan, Azərbaycanda olmayan və az nüsxə ilə çap olunan kitabları da bizim köməkliyimizlə rahat şəkildə əldə etmək olar. Bununla yanaşı, bizimlə partnyorluq edən mətbəə və nəşriyyatların çap məhsullarını da çox sərfəli qiymətlərlə kitabsevərlərə çatdırırıq.
«Kitabevim.az» e-mağazası yalnız orijinal məhsullar təqdim edir. Oxucular üçün sevimli müəllif, yazar və şairlərlə görüşmək imkanı da yaradacağıq. Həmçinin saytımızda keçirilən e-yarışmalara qatılmaqla bizdən dəyərli hədiyyələr qazanmaq şansınız olacaq. E-mağazamızın daimi müştəriləri hədiyyə məhsulları qazanmaq üçün balanslarında xallar toplanan e-kartlardan yararlana biləcəklər».
T.Fərziyev əlavə edib ki, sözügedən e-mağazanın müştəriləri sifarişlərinin miqdarını 2 formada seçə bilərlər: pərakəndə və topdan. Onun sözlərinə görə, alış-veriş zamanı 2 cür ödəniş forması təklif edilir: yerində ödəmə (sifariş etdiyiniz məhsul ofisinizə və ya evinizə çatdırılanda) və plastik kartlar vasitəsilə e-ödəmə.
T.Fərziyev onu da bildirib ki, Azərbaycanda internet istifadəçilərinin sayı artdıqca və eləcə də insanların e-ticarət bilikləri çoxaldıqca onlayn ticarətin həcmi də böyüməkdədir. Bu tendensiyanı öz işlərində gördüklərini vurğulayan T.Feyziyev deyib ki, «kitabevim.az» e-mağaza yaradıldıqdan sonra bu, kitab satışına müsbət təsir edib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL