“Gələcək üçün təhsil” layihəsi üzrə İKT bacarıqlarına malik təlimçi vakansiyası elan olunur
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Mədəd Azərbaycan” təşkilatı dövlət proqramı çərçivəsində informasiya və kommunikasiya texnologiyalarının təhsilə tətbiqi üzrə kursların təşkili və bu sahədə savadlılığın artırılmasına yönəldilmiş kompleks işlər həyata keçirir. Bu tədbirlər çərçivəsində “Gələcək üçün təhsil” layihəsi üzrə təlimçi vakansiyası elan olunur.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Mədəd Azərbaycan” təşkilatından məlumat verilib. Təşkilatdan bildirilib ki, Azərbaycanın bölgələrində (Bakı, Gəncə, Tovuz, Zaqatala, Balakən, Şamaxı, Astara, Masallı, Lənkəran, Lerik) çalışan 90-dan artıq yüksək hazırlıqlı təlimçi heyətinin sayını artırmaq məqsədi ilə “Mədəd Azərbaycan” təşkilatı təlimçi vəzifəsi üzrə Bakıda və regionlarda çalışan müəllim heyətini, eləcə də ali pedaqoji təhsilli şəxslərin sənədlərini təqdim etməyə dəvət edir.
Təlimçi vəzifəsinə sənəd verən namizədlərə qarşı müvafiq tələblər irəli sürülür. Belə ki, şərtlərə ali pedaqoji təhsil, ən azı 1 il pedaqoji təcrübə, kompüter, internet və şəbəkə haqqında bilik, təlim və tədris metodologiyaları haqqında yüksək səviyyəli bilik, təlimlərin keçirilməsi üçün lazımi qədər vaxt sərf etmə istəyi, İKT və təhsil mövzusuna maraq, bilik və bacarıqlarını daima təkmilləşdirmək istəyi, əməkdaşlıq bacarığı daxildir: “Maraqlanan şəxslər CV-lərini 15 noyabr, 2012-ci il tarixinədək “gulnara@madad.net” elektron ünvanına göndərə bilərlər. Məktubun subject/mövzu qismində “CV_trainer” qeyd etməyiniz xahiş olunur”.
Təşkilatdan qeyd edilib ki, “Mədəd Azərbaycan”ın missiyası dövlət qulluqçuları, biznes və vətəndaşların peşəkar inkişafı üçün öyrənmə prosesində innovasiya və təhsil imkanları təklif etməkdir. “Mədəd Azərbaycan” təşkilatının fəaliyyəti 2000-ci ildən etibarən əsasən təhsilin inkişafı, İKT və İKT-nin təhsildə tətbiqi, məktəb avadanlıqlarının təmiri və quraşdırılması, icma inkişafı, interaktiv öyrənmə, kurikulumun inkişafı, kitabxananın idarəedilməsi, aqrobiznes və müəssisələrin inkişafı kimi sahələri əhatə edir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL