waplog

Hökumət Rabitəsi üzrə MDB Koordinasiya Şurasının XXI iclası keçirilib


Bakıda Hökumət Rabitəsi üzrə MDB Koordinasiya Şurasının XXI iclası keçirilib. İclasın işində MDB ölkələrinin xüsusi xidmət orqanlarının şifrələmə və qapalı rabitə xidmətlərinin nümayəndə heyətləri iştirak edib. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai əlaqələr mərkəzi bildirib.

Nazirlikdən vurğulanıb ki, tədbiri giriş sözü ilə milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov açıb və iclasın hökumət rabitəsi üzrə əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi işində əhəmiyyətini qeyd edib.

Nazir Eldar Mahmudov Hökumət Rabitəsi üzrə MDB Koordinasiya Şurasının iclasında dövlətlərarası hökumət, idarələrarası qapalı rabitə sistemlərinin və şifrələmə vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi, təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində aktuallıq kəsb edən məsələlərin bu formatda müzakirəsinin ümumilikdə beynəlxalq rabitə sahəsində əməkdaşlığın daha yüksək səviyyədə təmin olunmasına konkret töhfələr verəcəyinə əminliyini bildirib.

Sonra iclasda dövlətlərarası hökumət, idarələrarası qapalı rabitə sistemləri və şifrələmə vasitələri üzrə elmi-texniki nailiyyətlərin tətbiqi, müvafiq ixtisaslı kadrların hazırlanması, səmərəli əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

XXI iclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq Protokol imzalanıb, Şuranın gələn il üçün fəaliyyət Planı təsdiq edilib, Hökumət Rabitəsi üzrə MDB Koordinasiya Şurasının 2013-cü il üçün nəzərdə tutulan tədbirlər siyahısı razılaşdırılıb.

Hökumət Rabitəsi üzrə MDB Koordinasiya Şurasının növbəti iclasının gələn il Özbəkistanda keçirilməsi qərara alınıb.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL