waplog

Şüşəsi kompüter ekranı funksiyasını yerinə yetirən dağ xizək eynəyi satışa çıxarılıb


Böyük Britaniyada şüşəsi kompüter ekranı funksiyasını yerinə yetirən dağ xizək eynəyi satışa çıxarılıb. Britaniya kütləvi informasiya vasitələrinin (KİV) verdiyi məlumata əsasən, eynək indiyə qədər hərbi aviasiya pilotları üçün dəbilqələrin konstruksiyasında istifadə olunurdu.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, eynək smartfona quraşdırılmış xüsusi proqram vasitəsilə işləyir.

Eynək “iPhone” və ya “Android” platforması ilə işləyən smartfonlardan ötürülən siqnalları “Bluetooth” simsiz rabitə sistemi vasitəsilə qəbul edir.

Ötürülən məlumatlar eynəyin linzalarının kənar hissələrində yerləşən kiçicik ekranda əks olunur. Bu halda effekt eynək sahibinin gözündən 2 metr məsafədə yerləşmiş 14 düym diaqonallı ekranda əks olunan görüntüyə bərabərdir.

İstifadəçi möcüzə-eynəyin funksiyalarını biləyinə bərkidilmiş pult vasitəsilə idarə edə bilər.
Smartfon “GPS” siqnallarını qəbul edir və onları ekrana ötürür. Proqrama dünyanın 600 ən məşhur dağ xizək kurortu daxil edilib.

Eynəyi taxmış şəxs ekranda müxtəlif informasiya (yerləşdiyi məkan, dəniz səviyyəsindən hündürlüyü və sair) əldə edə biləcək.  Eynək sahibi, həmçinin yaxınlıqda xizəklə sürüşən dostlarını da izləyə bilər.

Ekranda "idman" məlumatlarından başqa, əlavə məlumatlar (istifadəçinin qulaqcıqda qulaq asdığı mahnıların adları, nömrəsinə zəng edən abunəçilərin adları) da əks olunur. Lazımi sazlamaları etməklə ekranda, həmçinin mətn mesajlarını və elektron poçta gəlmiş məktubları görmək olar.
Eynəyin qiyməti 500 funt-sterlinq (800 dollar) təşkil edir.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL