waplog

İş vaxtlarının 2 saatı telefondan istifadəyə və elektron poçtun yoxlanılmasına sərf edilir


“Pixmania” şirkətinin keçirdiyi tədqiqatın nəticəsinə əsasən, smartfon sahibləri gün ərzində elektron poçtlarını 20 dəfə yoxlayırlar. Bu isə 2 iş saatı deməkdir.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, keçirilmiş tədqiqat nəticəsində məlum olub ki, mobil qurğu sahiblərinin əksəriyyəti istirahət və bayram günləri elektron poçtla işləməyə davam edirlər. Bu günlərdə, həmçinin insanların əksəriyyəti telefonla iş məsələlərini həll edir. Müasir insan işdə orta hesabla 9-dan 10 saata qədər vaxt keçirir. Bundan başqa iş məsələlərini elektron poçt və telefon zəngləri ilə həll etməyə 2 saat vaxt sərf olunur.

Tədqiqatçılar aydınlaşdırıblar ki, 10 ofis işçisindən 9-u elektron poçtunu telefonda aça bilər, təxminən 66 faizi isə elektron poçtunu səhərlər və ya gecə yatmazdan əvvəl yoxlayır.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL