waplog

Meksikada “iPhone” adından istifadə qadağan edilib


Məhkəmənin qərarına əsasən, “Apple” şirkəti bundan sonra Meksika ərazisində “iPhone” adından istifadə edə bilməz. Məhkəmə prosesi 2009-cu ildən etibarən davam edir: məhz o zaman Amerika korporasiyası yerli “iFone” telekommunikasiya şirkətini məhkəməyə vermişdi.

“iFone” telekommunikasiya şirkəti adını və ticarət markasını 2003-cü ildə qeydiyyatdan keçirib. “iPhone” ticarət markası isə 2007-ci ildə qeydiyyatdan keçirilib.

Məhkəmənin qərarına əsasən, “iFone” şirkəti ticarət markasına sahib olmaq üçün daha çox hüquqa malikdir. Meksikalılar, həmçinin məhkəmədə qarşılıqlı iddia irəli sürüblər. Onlar kompensasiya və Meksika ərazisindəki “iPhone” satışlarının 40 faizinin ödənilməsini tələb ediblər.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL