Azərbaycanda güzəştli şərtlərlə 20 minə yaxın kompüter satılıb
Hazırda “Xalq kompüteri” layihəsinə Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarda da böyük maraq müşahidə edilir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq layihə çərçivəsində ölkə üzrə satılan kompüterlərin sayı 19 700 ədədə çatıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil olunan layihənin məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompüterlər və lisenziyalı proqram təminatı əldə etmələri üçün şəraitin yaradılması, regionlarda informasiya-kommunikasiya texnologiyalarının (İKT) dayanıqlı tətbiqinin genişləndirilməsi vasitəsilə "rəqəmsal bərabərsizliyin" aradan qaldırılması, eləcə də Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "Elektron hökumət"in inkişafına yönəldilmiş fəaliyyətinə dəstək olmaqdan ibarətdir.
Hazırda layihə orta məktəb müəllimləri və şagirdlərinin, ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, dövlət qulluqçularının, həmçinin səhiyyə işçilərinin ailələrinə faizsiz olaraq 12 ay müddətinə kreditlə və bazar qiymətlərindən 25-40% aşağı qiymətlərlə kompüterə sahib olmaq imkanını təqdim edir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL