waplog

“Teleradio” İB İP TV-nin tətbiqinə başlayıb


Azərbaycan müstəqillik əldə etdiyi gündən etibarən, ölkəmizdə bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqində də yüksək inkişaf gözə çarpmaqdadır. Bu mənada, ölkəmizdə radio-televiziya yayımını və peyk rabitəsini həyata keçirən yeganə dövlət müəssisəsi olan Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin fəaliyyəti nəticəsində, DVB-S/T (Digital Video Broadcasting Satellite/Terrestrial) standartlı peyk və rəqəmli yerüstü yayımının tətbiqinin, həmçinin, HDTV (High Definition Television) yayımının həyata keçirilməsi televiziya yayımında inkişafa yol açmışdır. "Teleradio" İB DVB-S, DVB-T və HDTV ilə yanaşı, həm də televiziya proqramlarının rəqəmli radio-rele xətləri vasitəsilə ötürülməsini həyata keçirir. Yeni texnologiyaların tətbiqi yayım keyfiyyətinin yüksəldilməsi ilə bərabər, proqram sayının artırılmasına da imkan yaradır.

"Teleradio" İB-nin texniki direktoru Mikayıl Abbasov bizimlə söhbətində bildirdi ki, telekommunikasiya sənayesində "Video on Demand" (VoD), "TVoIP", "Time Shifted TV", "Network Personal Video Recorder", "Electronic Program Guide" və s. bir çox  interaktiv imkanları özündə cəmləşdirən "İnternet Protocol Television" (İP TV) xidməti, artıq "Teleradio" İB tərəfindən təqdim edilir. Baza xidmətləri ilə yanaşı, İP TV "Video Telephony", "Information Portals", "Web", "Games" kimi bir sıra imkanlar da yaradır. İP TV-nin yuxarıda qeyd olunan xidmətlərindən istifadə edən müştəri, videosorğusu, bir videocərgə üçün iki və daha çox səs müşayiəti kanallarının istifadə imkanı (məsələn, Azərbaycan və ingilis dillərində) eyni zamanda, onları HD görüntülü izləmək və s. imkanlar əldə edir. Digər televiziya yayım vasitələrindən fərqli olaraq, İP TV-də proqram sayına məhdudiyyət yoxdur. Yəni, müştəriyə yüzlərlə kanalı izləmək şansı yaradılır. Bundan əlavə, hər bir müştəri İP TV xidmətindən istifadə etməklə, aşağıdakı üstünlüklərdən yararlanmış olur:
  1. Fərdi TV paket təminatından;
  2. Birbaşa (onlayn) rejimdə kanalın fasilə (pauza) funksiyasından;
  3. İP TV proqram tərkibinin istənilən səviyyədə mühafizəsindən;
  4. Hər bir istifadəçi üçün abunə paketinin idarə edilməsindən və s.
İP TV kompleksinin arxitekturası aşağıdakıları özündə cəmləşdirir:
  1. "İP  TV Middleware" adlanan xidmət və komplekslərin idarə edilməsi;
  2. Qəbulun alt sistemi və kontentin hazırlanması;
  3. Videoserverlərin alt sistemi;
  4. Kontentin mühafizəsinin alt sistemi;
  5. Axının keyfiyyət monitorinqinin və müştəri avadanlığının alt sistemi və s.
Müasir cəmiyyətlərdəki insanlar istənilən texnoloji nailiyyətlərə maraq göstərir, onu işdə, məişətdə, ümumiyyətlə, həyatın bütün məqamlarında istifadə etməyə can atır. Tərəqqiyə göstərilən bu cür münasibəti nəzərə alan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ölkə əhalisinin dünyada olan bütün texnoloji yeniliklərdən yararlanması üçün daim səy göstərir.

Buna misal olaraq,  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya qərarına uyğun olaraq, "Teleradio" İB tərəfindən yeni İP TV xidmətinin təşkili üçün baş stansiya avadanlıqlarının alınaraq Bakı Teleqüllə Kompleksində quraşdırılmasını göstərmək olar. Məlumat üçün bildiririk ki, Amerikanın "Harmonic" şirkətinin istehsalı olan avadanlıqlarla təchiz edilmiş baş stansiyada proqramların istənilən dövlət müəssisəsinə, internet provayderə və mobil operatora ötürülməsi üçün hər cür texniki imkan mövcuddur. Baş stansiyada peykdən qəbul edilən MPEG 2 formatlı proqramlar İP TV platformasına daxil edilir və yerli, həmçinin, əcnəbi olmaqla, 120-dən çox müxtəlif formatlı (MPEG-4 Layer II, AC-3, Dolby Digital) proqramlar lifli optik xətt vasitəsilə, BTRİB və "Aztelekom" İB-yə ötürülür.

"Teleradio" İB bütün dövlət müəssisələri və özəl şirkətlərlə İP TV xidməti istiqamətində əməkdaşlıq etməkdə maraqlıdır. Hazırda, bununla bağlı, "Teleradio" İB ilə müxtəlif yerli dövlət müəssisələri və özəl şirkətlər arasında danışıqlar aparılır.
 
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL