waplog

Naxçıvan Dövlət Universitetində elektron təhsilin təşkili ilə bağlı layihə təsdiqlənib


Naxçıvan Dövlət Universitetinin növbəti Elmi Şurasında Naxçıvan Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında təhsilin vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda keçirilmiş müşavirədə verilmiş tapşırıqlar və qarşıda duran vəzifələr müzakirə olunub.

"ICTnews" elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, mövzu ilə bağlı ətraflı məruzə edən rektor, akademik İsa Həbibbəyli müşavirədə qəbul edilən tədbirlər proqramını muxtar respublikada təhsilin onillik inkişafının strateji proqramı kimi dəyərləndirib, regionda ali təhsilin mövcud vəziyyətindən və qarşıda duran mühüm vəzifələrdən danışıb.

Elmi Şurada müşavirədə qəbul olunmuş 28 maddədən ibarət tədbirlər planı müzakirə olunub, ali təhsilin inkişafının prioritet istiqamətlərindən bəhs olunub. Sonra müşavirədə qarşıya qoyulan vəzifələrlə bağlı Naxçıvan Dövlət Universitetinin tədbirlər planı müzakirə edilib.  

Tədbirlər planında tədris prosesinin və idarəetmənin, o cümlədən Elmi kitabxananın elektronlaşdırılması, Baloniya sisteminə tam keçidin təmin olunması, universitetin beynəlxalq reytinq cədvəllərinə düşməsi və beynəlxalq layihələrdə iştirakı istiqamətində görüləcək işlər, müasir informasiya-kommunikasiya vasitələrindən daha geniş istifadənin təmin olunması, beynəlxalq əlaqələrin, o cümlədən virtual əməkdaşlığın inkişafı, universitetdə ali təhsil alan xarici tələbələrin coğrafiyasının genişləndirilməsi, beynəlxalq səviyyədə tanınmış elm xadimlərinin mühazirələrinin təşkili nəzərdə tutulub. Müşavirədən irəli gələn vəzifələrlə bağlı çıxışlar olub.

 Elmi Şurada həmçinin sözügedən müşavirədə qəbul edilən tədbirlər planının IV və VIII müddəalarına müvafiq olaraq hazırlanan, Naxçıvan Dövlət Universitetində elektron təhsilin təşkili ilə bağlı layihə müzakirə olunub. Rektor, akademik İsa Həbibbəyli layihənin elektron təhsilin əhatə dairəsi, icra mexanizmi, semestr imtahanlarının elektron vasitələr və test üsulları ilə keçirilməsi, elektron test banklarının hazırlanması, proqramlaşdırma, qiymətləndirmə meyarı ilə bağlı müddəaları barədə ətraflı məlumat verib. 

Geniş müzakirədən sonra müəyyən əlavələr və dəyişiklər nəzərə alınmaqla layihənin ilkin variantı Elmi Şura tərəfindən təsdiq edilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL