150 dollar dəyərində yığcam skaner istehsal olunub
"Windows" və "Mac OS X" əməliyyat sistemləri ilə işləyən kompüter, həmçinin "iOS" platforması ilə işləyən mobil qurğularla uyğun olan "Doxie One" adlı yığcam skaner üçün ilkin sifarişlərin qəbuluna start verilib.
Qurğunun ölçüsü 267×56×43 millimetr, çəkisi 386 qramdır. Enerji ilə təchizetmə dəyişən cərəyan şəbəkəsi və ya "AAA" tipli 4 element vasitəsilə həyata keçirilə bilər.
Bir səhifə və ya fotonun skan edilməsinə 5-8 saniyə sərf olunur; maksimal təsvir ölçüsü 300 dpi təşkil edir. Rəqəmləşdirilmiş sənədlər "SD" formatlı fləş-kartda saxlanılır; sonra fərdi kompüter və ya "iPad" planşeti ilə sinxronlaşdırmanı həyata keçirmək olar.
"Doxie One" yığcam skaneri müxtəlif rəngli korpuslarda 150 dollara təklif edilir. Qurğunun tədarüklərinə noyabrın 29-da start veriləcək.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL