Azərbaycanın aşağıorbitli peykinin 2013-cü ildə orbitə buraxılması planlaşdırılır
“Azərkosmos” ASC tərəfindən aşağıorbitli peykin istehsalı, sığortalanması və orbitə çıxarılması üzrə işlərin yerinə yetirilməsi məqsədilə elan edilən tenderin nəticələri gözlənilir. Bunu jurnalistlərə açıqlamasında Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
O qeyd edib ki, tenderdə iştirakla bağlı müxtəlif xarici şirkətlərə təkliflərin təqdim olunması üçün müvafiq sorğu və şərtlər toplusu göndərilib. Hazırda aşağıorbitli peyk layihəsi ilə maraqlanan xarici şirkətlərlə danışıqlar aparılır, eyni zamanda yerli əməkdaşlıq imkanları araşdırılır.
Qeyd edək ki, Azərbaycanın ilk telekommunikasiya peykindən sonra ikinci peyki olacaq aşağıorbitli peykin 2013-cü ildə orbitə buraxılması planlaşdırılır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL