Bakıda nəqliyyat müfəttişlərinə rəqəmsal taxoqraflarla bağlı təlim keçirilir
5-9 noyabr tarixlərində Avropa Komissiyasının təşkilatçılığı və texniki dəstəyi ilə Nəqliyyat Nazirliyində avtomobil nəqliyyatında rəqəmsal taxoqraflara dair qanunvericiliyin tətbiqi ilə əlaqədar bu sahədə səmərəli nəzarətin təmin edilməsi məqsədilə nəqliyyat müfəttişləri üçün növbəti təlim keçirilir.
“ICTnews” elektron xəbər xidmətinin Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, qeyd olunan layihə çərçivəsində beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə nəzarətçi, sürücü kartlarından və rəqəmsal taxoqraflardan istifadə üzrə nəzəri və praktiki biliklərə malik 60 nəfər mütəxəssis hazırlanacaq.
Bununla yanaşı, gələcəkdə yeni qəbul olunmuş işçilərə rəqəmsal taxoqraflardan istifadə üzrə zəruri biliklərin öyrədilməsi məqsədilə 10 təlimçinin hazırlanması, həmçinin müəssisələr və sürücülər üçün kitabçalar və təlimatların çap olunması, nazirliyin internet səhifəsində rəqəmsal taxoqraflar üzrə maarifləndirici məlumatların yerləşdirilməsi nəzərdə tutulub.
Nəzəri və praktiki hissələrdən ibarət olan təlimlər Layihə üzrə Ekspert Qrupunun rəhbəri, Avropa İttifaqının Rəqəmsal taxoqraf sisteminin həyata keçirilməsi və monitorinqi üzrə Platformasının Prezidenti Tierri Qranturkodur. Tədbirdə Aİ üzv dövlətlərinin nəqliyyat qurumlarının nümayəndələri, o cümlədən Endri Kelli (Böyük Britaniya), Byarne Sandnes (Norveç) və Yanos Ferenk (Macarıstan) ekspert qismində iştirak edirlər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL