waplog

Planşetlərin rüblük satış həcmi 1.5 dəfə artıb


“IDC” şirkəti 2012-ci ilin üçüncü rübü üzrə planşet kompüterləri bazarında qüvvələr nisbətini qiymətləndirib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 3 ay ərzində dünyada müxtəlif proqram-aparat platformalarında işləyən təxminən 27,8 milyon planşet satılıb. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə artım təxminən 50 faizə bərabər olub.

“Apple” şirkəti ən iri planşet istehsalçısı olaraq qalır. O, 14 milyon ədəd "iPad" planşeti tədarük edib. Lakin şirkətin payı 1 il ərzində 59,7-dən 50,4 faizə qədər azalıb.

Analitiklər “Android” platforması ilə işləyən planşetlərin populyarlaşmağa başladığını qeyd ediblər.
“Amazon” internet-şirkəti 2.5 milyon planşet satıb və qlobal bazarda payı təxminən 9,0 faiz təşkil edir.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL