Əli Həsənov: “İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi ölkəmizdə sektorun inkişafını daha da sürətləndirəcək”
Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır. Bu sahəyə yönəldilən vəsait, xüsusən də dövlətimizin başçısı İlham Əliyevin internetin inkişafına və ölkədə daha geniş coğrafiyanı əhatə etməsinə göstərdiyi diqqət informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırır.
Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda jurnalistlərə müsahibəsində deyib.
Əli Həsənov bildirib ki, internet ölkəmizin həm siyasi, həm ictimai, həm də vətəndaşların ümumi həyatına elə daxil olub ki, artıq bundan sonra Azərbaycanı internetsiz təsəvvür etmək mümkünsüzdür.
Beynəlxalq İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi ölkəmizdə bu sahənin inkişafını daha da sürətləndirəcək. Azərbaycan gələn il süni peykini buraxmaq istiqamətində fəaliyyət göstərir. İnternet provayderlərinin sayının gündən-günə artması, süni peykimizin buraxılması gələcəkdə sektoru daha da gücləndirəcək və bu da digər sahələrdə olduğu kimi, Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirəcəkdir.
Prezident Administrasiyasının rəsmisi qeyd etmişdir ki, dünyada internetdən həm faydalı, həm də ziyanlı məqsədlər üçün istifadə edilir. İnternetdən terrorçuluq məqsədilə istifadə olunması bütün dünyanı narahat edən problemdir. Azərbaycan internet terrorçuluğuna qarşı mübarizədə qabaqcıl təcrübəni bölüşür, ABŞ və dünyanın inkişaf etmiş digər ölkələri ilə sıx əməkdaşlıq edir.
Əli Həsənov demişdir ki, Azərbaycanda informasiya resurslarının qorunması ilə bağlı xüsusi proqram hazırlanmış və struktur yaradılmışdır. Bu proqrama əsasən intensiv tədbirlər görülür.
Azərbaycanda internetin qismən azad olduğu haqda yayılan informasiyanın reallığı əks etdirmədiyini bildirən Əli Həsənov demişdir ki, bu cür informasiyalar əsassızdır. Azərbaycanda azad internet mövcuddur və hazırda əhalinin 60 faizdən çoxu bu xidmətdən bəhrələnir. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, internet fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL