Nazir Əli Abbasov: " 4G xidmətinin tədricən tətbiqinə başlanılıb"
İnternet məkanında təhlükəsizliyi təmin etmək və kibercinayətkarlığın qarşısını almaq üçün birgə mübarizəyə ehtiyac var.
Bunu bu gün Bakıda işə başlayan VII İnternet İdarəçilik Forumunda (Internet Governance Forum, IGF-2012) çıxışı zamanı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir Azərbaycanın İKT sektorunun sürətli inkişafından danışıb və qeyd edib ki, ölkə hökuməti tərəfindən bu sahəyə böyük diqqət yetirilir: «Hazırda bütün ölkə ərazisində "3G" xidmətindən istifadə olunur və artıq "4G" xidmətinin də tədricən tətbiqinə başlanılıb».
İKT sahəsində özəl sektorun rolunu xüsusi vurğulayan Ə.Abbasov həmçinin Azərbaycanda bu sahədə həyata keçirilən layihələrdən danışıb, bu layihələrin, o cümlədən forumun ölkənin və regionun inkişafına təkan verəcəyini bildirib.
Ə.Abbasov onu da bildirib ki, hazırda Azərbaycan əhalisi sosial şəbəkələrdən geniş istifadə edir və bu fəaliyyətə heç bir qurum tərəfindən nəzarət olunmur: «Son illər ölkədə onlayn TV, qəzetlər və saytlar inkişaf edir və bunların fəaliyyətinə heç bir müdaxilə və təzyiq olunmur».
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL