waplog

Beynəlxalq seminarda dövlət xəzinədarlığında informasiya texnologiyaları ilə bağlı xüsusi təqdimatlar keçiriləcək


Azərbaycanın Maliyyə Nazirliyi və Dünya Bankının təşkilatçılığı ilə 6-8 noyabr 2012-ci il tarixində Bakıda "Pem PAL" proqramı çərçivəsində "Dövlət sektorunda uçot siyasəti" adlı beynəlxalq tədbir-seminar keçirilir.

Tədbirdə proqramın xəzinədarlıq cəmiyyətinin 20-dən çox üzv ölkədən gələn nümayəndələr və beynəlxalq ekspertləri Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində tətbiq olunan və dünyanın ən qabaqcıl standartlarına cavab verən Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sisteminin dövlət maliyyəsinin idarəedilməsi üzrə funksional üstünlükləri, bu sistemin "elektron hökumət" çərçivəsində fəaliyyətinin imkanları və informasiya təhlükəsizliyi, milli mühasibat standartlarının tərtibi, tətbiqi, hesabatların konsolidasiya metodlarının avtomatlaşdırılması və digər məsələləri müzakirə edəcəklər.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
 Üçgünlük seminar çərçivəsində Dövlət Xəzinədarlığında informasiya texnologiyaları və dövlət maliyyə sektorunda uçot siyasəti sahəsində aparılan islahatlarla bağlı xüsusi təqdimatlar keçiriləcək, eyni zamanda son illərdə ölkəmizdə mühasibat uçotu və xəzinə informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işlərlə bağlı geniş məlumat veriləcək.

 Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində son bir neçə ildə köklü islahatlar aparılıb, həmçinin xəzinədarlığın avtomatlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə edilib.
 Seminarda müzakirə olunan mövzular haqqında beynəlxalq ekspertlər tərəfindən təqdimatlar, şərh və nəticələr təqdim olunacaq.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL