waplog

Dünyada 1,2 milyard ədəd smartfon və planşet satılacaq


Smartfon və planşetlərə tələbatın sürətlə artması nəticəsində 2013-cü ilin sonuna qədər onların ümumi sayı 1,2 milyonu ötəcək. “Gartner” analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ilin nəticəsinə görə smartfon və planşetlərin ümumi sayı 821 milyon təşkil edəcək.

“Gartner”də çalışan ekspertlər hesab edirlər ki, nə smartfon, nə də planşetlər ənənəvi kompüterləri əvəz edə bilməz. Lakin onlar şirkətin yeni texnika seçiminə yanaşmasını dəyişdirməyə “qadirdir”.

"2016-cı ilə qədər iş prosesində mobil cihazdan istifadə etmək istəyən əməkdaşların 66 faizi smartfona malik olacaq" - “Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti  Karolina Milanezi (Carolina Milanesi) bildirib. "Planşetlər müəssisələrdə mobil istiqamətin inkişafının əsas stimulyatoru olacaq. “Gartner”in hesablamalarına görə, 2012-ci ildə korporativ ehtiyaclara görə 13 milyon planşet satın alınacaq. 4 ildən sonra satışların həcmi 53 milyona qədər artacaq".

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, planşetlər üçün əməliyyat sistemləri (ƏS) reytinqində “Windows 8”  “iOS” və “Android” platformalarından sonra üçüncü yerdə qərarlaşıb.

"Bazarda müxtəlif istehsalçı və müxtəlif qiymət kateqoriyasında xeyli sayda qurğu əlçatan olduğu halda, “Android” platformasının bazarda vəziyyəti daha əlverişlidir. “Apple” hələ ki bazarda liderdir və onun əsas rəqibi “Google”-dur" - Milanezi qeyd edib.

2012-ci ilin üçüncü rübündə dünyada “Android” platforması ilə işləyən 136 milyon aparat satılıb. Qeyd edək ki, həmin rübdə smartfonların tədarük həcmi 181.1 milyon olub. Beləliklə, “Android” sisteminin bazar payı 75 faizə qədər artıb.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL