2013-cü ildən etibarən EMEA regionunda İT xərclərinin həcmi yenidən artmağa başlayacaq
“Gartner” tədqiqat şirkətində çalışan ekspertlərin hesablamalarına görə, 2012-ci ildə EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika ölkələri daxildir) informasiya texnologiyalarına sərf olunmuş xərcin həcmi 3.6 faiz azalaraq 1,13 trilyon ABŞ dolları təşkil edəcək. Qərbi Avropada isə İT xərclərinin həcmi 5,9 faiz azalacaq.
Lakin “Gartner” tədqiqat şirkəti vəziyyətin tezliklə müsbətə doğru dəyişəcəyini hesab edir.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, proqnozlara görə, EMEA regionunda İT xərclərinin həcmi artıq 2013-cü ildə 1,4 faiz artacaq və 1,15 trilyon Amerika dollarına bərabər olacaq. Belə müsbət tendensiyanın 2016-cı ilə qədər saxlanılacağı gözlənilir.
Xərclərin artması əsasən qurğu və proqram təminatı satışlarının artması hesabına baş verəcək. Ekspertlərin hesablamalarına əsasən, 2016-cı ildə EMEA regionunda yığcam qurğuların satın alınmasına ümumilikdə 188 milyard ABŞ dolları xərclənəcək.
Mobil qurğular getdikcə daha çox populyarlıq əldə edirlər və “Gartner” hesab edir ki, 2016-cı ilə qədər işləyənlərin 66 faizi smartfon və ya planşetlərə malik olacaq. Beləliklə, proqram təminatı seqmentində mühüm dəyişikliklər baş verəcək. Proqram təminatı tərtibatçıları mobil tətbiq hazırlamağa daha çox üstünlük verəcəklər və nəticədə onların satın alınmasına sərf olunan xərclər artacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL