waplog

Ən böyük müsabiqə vəziyyəti Elektron sənəd dövriyyəsi vakansiyası üzrə olub


7, 14, 17 avqust, 6 sentyabr, 5 və 24 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 103 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1227 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. 7, 14, 17 avqust, 6 sentyabr və 5 oktyabr 2012-ci il tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyat başa çatıb. Oktyabrın 24-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə noyabrın 22-də başa çatacaq.
İndiyə kimi qeydiyyatdan keçmiş 7439 namizəddən 5068-i kişi, 2371-i isə qadın namizədlərdir.

DQMK-dan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, ən çox namizəd qeydə alınan dövlət orqanları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (713 nəfər), İqtisadi İnkişaf Nazirliyi (643 nəfər), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (640 nəfər), Əmlak Məsələləri Dövlət Komitəsi (570 nəfər), Təhsil Nazirliyi (508 nəfər), Mədəniyyət və Turizm Nazirliyi (390 nəfər), Dövlət Sosial Müdafiə Fondu (374 nəfər) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (341 nəfər) olub.

Vakant vəzifələr üzrə ən böyük müsabiqə vəziyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron sənəd dövriyyəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsi (168 namizəd), Maliyyə və təsərrüfat şöbəsinin Maliyyə sektorunda aparıcı məsləhətçi vəzifəsi (116 namizəd), İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin Makroiqtisadi təhlil və proqnozlaşdırma sektorunda məsləhətçi vəzifəsi (150 namizəd), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsində məsləhətçi vəzifəsi (122 namizəd) üzrə olub.

Müsabiqənin test imtahanı 2012-ci il 12 noyabr tarixdən ilk olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-6-cı təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 7-ci təsnifatı üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki komissiyanın internet saytında (http://www.dqmk.gov.az/) yerləşdirilib.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə DQMK tərəfindən hazırlanmış “Test imtahanı” sistemi ilə namizədlər komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) ətraflı tanış ola bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti  sahələri üzrə bilikləri yoxlanılacaq.

Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün DQMK-nın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) yerləşdirilib.

Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr komissiyanın rəsmi internet saytında yerləşdiriləcək.
 
CAHANGİR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL