Alimlər smartfonların “həyat”ını artırmaq üsulunu tapıblar
Massaçusets Texnologiya İnstitutunda (MIT) çalışan mütəxəssislərin yaratdığı “Eta Devices” şirkəti mobil qurğuların avtonom iş vaxtının artırılması istiqamətində əldə etdikləri açılış haqqında bildirib. Onların hazırladığı siqnal gücləndiricilərinin yeni konstruksiyası sayəsində enerji istehlakının səviyyəsi mühüm dərəcədə azalacaq.
“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, siqnal gücləndiriciləri istənilən mobil telefon və ya smartfonda ən “acgöz” komponentlərdən biridir. Onlar istənilən mobil rabitə qurğusunda mövcuddur və onların işi üçün akkumulyator enerjisinin yarısı sərf olunur. Buna görə də onların konstruksiyası və iş alqoritmlərinin optimallaşdırılması yeganə çıxış yoludur.
“Eta Devices” şirkətinin mütəxəssisləri yeni texnologiyanın iş prinsipi barədə məlumat verməyə tələsmirlər, lakin onun sınaq rejimləri artıq laboratoriya şəraitində aparılır və tezliklə onun “LTE” (dördüncü nəsil mobil şəbəkələri) baza stansiyalarına tətbiq edilməsinə başlanacaq. Sınaqlardan sonra yeni rabitə gücləndiriciləri tədricən smartfon, telefon və digər mobil qurğulara daşınacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL