waplog

“Nar Mobile” “Bakutel 2012” sərgisində ən son yeniliklərini təqdim edib


"Nar Mobile" mobil operatoru "İteca Caspian" şirkətinin keçirdiyi "Bakutel-2012" 18-ci Azərbaycan beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisində iştirak edir. Mobil operator  hər il olduğu kimi, bu il də  əldə etdiyi son yenilikləri nümayiş etdirib.
 
Sərginin ilk günü açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Nar Mobile"-ın stendi ilə tanış olub. İlk dəfə olaraq, "Nar Mobile" tərəfindən "OnAir" ilə birgə təqdim edilən layihə çərçivəsində, artıq "AZAL"-a məxsus təyyarələrdə səyahət edən sərnişinlərin tam mobil rabitə xidmətindən istifadə etməsi barədə məlumat verildi. Daha sonra, bu xidmətin başlanğıc rəmzi olan "İlk zəng"in olunması üçün mobil  telefon ölkə başçısı cənab İlham Əliyevə təqdim edildi. Prezident "AZAL" hava yollarının Bakı – Paris reysi ilə texniki məşqə gedən Olimpiya çempionumuzla telefon bağlantısı qurdu və ona uğurlar arzu etdi.
 
"Bu gün biz "Nar Mobile" şirkəti olaraq sayca beşinci dəfədir ki, "Bakutel" sərgisində iştirak edirik. Hər il olduğu kimi,  bu il də biz yeniliklərimizi və əldə etdiyimiz ən son nailiyyətlərimizi nümayiş etdiririk. Son illər Azərbaycanın İKT sahəsi çox sürətlə irəliləyir və burada "Nar Mobile" şirkətinin özünəməxsus yeri var. Xatırladım ki, məhz biz Azərbaycana ilk dəfə olaraq "3G" mobil rabitə xidmətini təklif etdik.

Artıq  təyyarələrdə mobil rabitə xidmətini göstərməyə hazırlaşırıq. Məhz bu kimi xidmətlərimiz bizim hər zaman innovativ şirkət olduğumuzu göstərir. Lakin bu son deyil, qarşıda dəyərli abunəçilərimizi daha maraqlı layihələr və xidmətlər gözləyir" – deyə "Azerfon" telekommunikasiya şirkətinin Biznesin inkişafı və kommunikasiyalar şöbəsinin icraçı direktoru Leyla Nəsrullayeva bildirib.
 
Qeyd edək ki, "Nar Mobile" "İteca Caspian" şirkətinin keçirdiyi bütün sərgilərin kommunikasiya tərəfdaşıdır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL