waplog

“Ericsson” İsveçdə 1550 əməkdaşını ixtisar edəcək


Şəbəkə avadanlığı istehsalçısı “Ericson” İsveçdə 1550 əməkdaşını ixtisar etməyi planlaşdırır, belə ki, şirkət iqtisadiyyatın zəifləməsi səbəbindən satışların aşağı düşməsi fonunda daxili xərclərin azalması zərurətilə üzləşib. Şirkətin nümayəndələri hesab edirlər ki, dünya bazarında mövcud olan yüksək rəqabət telekommunikasiya avadanlıqlarının qiymətini aşağı salır. Bundan başqa, mobil rabitə operatorları xərcləri aşağı salır və bu isə  onsuz da acınacaqlı olan vəziyyəti daha da ağırlaşdırır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda ”Ericsson” şirkətində 17768 insan çalışır.

İxtisar ediləcək 1550 əməkdaş yalnız minimumdur. "Biz bazar liderliyimiz üzrə strategiyamıza cavab verdiyimizdən əmin olmalıyıq. Şirkət mövqeyini qoruyub saxlamaq üçün tədqiqat və hazırlamalara sərmayə yatırmağa davam etməlidir. Bütün bunları yerinə yetirmək üçün bizim daxili iqtisadiyyata ehtiyacımız var" – “Ericsson”un heyət üzrə direktoru Tomas Kvist bildirib.


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL