“Naqilsiz rabitə texnologiyaları” adlı dərslik işıq üzü görüb
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini, texnika elmləri üzrə fəlsəfə doktoru İltimas Məmmədov, AzTU-nun “Kommutasiya sistemləri və poçt rabitəsi” kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Elçin Gözəlov və texnika elmləri namizədi, dosent Əhməd Məmmədovun “Naqilsiz rabitə texnologiyaları” dərsliyi çapdan çıxıb.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan bildirilib ki, Təhsil Nazirliyinin 13 iyul 2011-ci il tarixli əmri ilə dərslik kimi təsdiq edilmiş nəşr “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün naqilsiz rabitə texnologiyaları üzrə tərtib olunub.
Dərslikdə nitqin kodlaşdırma və radiodalğaların yayılmasının nəzəri əsaslarından başlayaraq, müasir naqilsiz rabitə şəbəkə və sistemlərinin qurulması və iş alqoritmlərinin izahına qədər geniş əhatəli məsələlər öz əksini tapıb.
Dərslik tədqiqat işləri birbaşa və ya dolayı olaraq müasir naqilsiz rabitə şəbəkə və sistemlərinin qurulması, istismarı və inkişafının müxtəlif aspektləri ilə bağlı olan magistrlər və aspirantlar, həmçinin telekommunikasiya sahəsində fəaliyyət göstərən mühəndis-texniki işçilər və menecerlər üçün faydalı ola bilər.Kitabın elmi redaktoru texnika elmləri doktoru, professor A.Həsənovdur.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL