"Elektron xəfiyyə" itmiş predmetləri tapacaq
Bəzi insanlar daima evdə açar, telefon, şəxsiyyət vəsiqəsi və ya digər predmetlərini itirirlər. Axtarışlar isə uzunmüddətli və əsəbiləşdirici olur. “Gadget Hound” adlı cihaz bu işdə insanlara yardımçı olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, sistem yığcam ötürücü aparat və bir neçə kiçik qəbuledicidən ibarətdir. İstifadəçi qəbulediciləri lazımi predmetlərə bərkidir. Predmet itdiyi halda isə onu qulaqbatırıcı səs siqnalı vasitəsilə tapmaq mümkün olacaq.
Qurğu 2 versiyada (4 və 6 qəbuledici ötürücü aparat) tədarük olunur. “Gadget Hound” cihazı predmetləri ötürücü aparatdan 280 metr məsafədə tapmağa “qadirdir”. Radiosiqnal divar və döşəməni “dəlib” keçir.
Qurğu artıq bu qış bazara çıxarılacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL