waplog

“Lenovo”nun rüblük mənfəəti rekord təşkil edib


“Lenovo” şirkəti 2012-2013 maliyyə ilinin ikinci rübü üzrə hesabat verib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, rüblük mədaxil illik hesablamada 11 faiz artaraq 8,7 milyard dollar təşkil edib. Xalis mənfəət 13 faiz artaraq 162 milyon dollara bərabər olub.

“Gartner” tədqiqat şirkətinin məlumatlarına əsasən, “Lenovo” fərdi kompüter satışlarının rüblük həcminə görə birinci dəfə olaraq lider olub. Çin şirkəti 3 ay ərzində 13,8 milyon ədəd stolüstü, noutbuk və netbuk tədarük edib; bu göstərici bazarın 15.7 faizinə bərabərdir.Xatırladaq ki, 1 il bundan əvvəl “Lenovo” şirkətinin bazar payı 13,1 faiz təşkil edirdi.
 





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL