Bu gün “BakuTel-2012” sərgisi işini başa çatdırır
"BakuTel-2012" XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi işini davam etdirir. Bu il burada dünyanın 23 ölkəsindən 160 şirkət iştirak edir. Xarici şirkətlər ekspozisiyanın 40 faizini əhatə edir.
Tədbir çərçivəsində informasiya texnologiyalarının son nailiyyətləri, Azərbaycan bazarı üçün yeni məhsullar və xidmətlər nümayiş olunur.Belə ki, bu il sərgidə əhaliyə göstərilən dövlət xidmətlərinin yeni keyfiyyətinin formalaşdırılması üçün nəzərdə tutulan "ASAN" mərkəzləri yer alıb.
"Bakutel 2012"də ayrıca stend kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi təqdim olunur. Bu stenddə mərkəzin laboratoriyalarından əldə edilən məhsullar (işıq diodları, birdivarlı və çoxdivarlı karbon nanoborular, porfirin nanoborular) yerləşdirilib.
"Azerfon" şirkətinin "On air" xidməti təyyarənin göyərtəsində mobil rabitədən yararlanmağa imkan verir. Respublikanın mobil bazarı üçün yeni xidmət kimi nömrəni dəyişmədən operatoru dəyişməyə imkan verən "Nömrələrin daşınması" xidmətini də qeyd etmək olar.
Bu il sərgidə informasiya təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilmiş, həmçinin Azərbaycan dilində ilk "antivirus" proqramı təqdim edilib.
"BakuTel 2012" də iştirak çərçivəsində R. I. S. K. şirkətinin stendində səmərəli həllər laboratoriyası nümayiş olunur. Laboratoriyanın bazasında iştirakçılara informasiya texnologiyaları ilə bağlı hazırkı problemlərlə tanış olmaq, lazımi həllər seçmək, şirkətin aparıcı mütəxəssislərindən peşəkar məsləhətlər almaq üçün nadir imkan təqdim olunur.
Sərgidə həmçinin səhiyyə, təhsil, nəqliyyatı intellektual idarəetmə sistemi kimi müxtəlif sahələrdə yeni texnologiyalar nümayiş etdirilir.
Bundan başqa, tədbirdə Azərbaycanın istehsalı olan ilk "Nexus Azpad Android" planşet kompyuteri nümayiş etdirilib. İştirakçılar portativ mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet kompyuterlər, telekommunikasiya sistemləri üçün müasir sınaq və ölçmə avadanlığı, eləcə də texnoloji yeniliklər və digər məhsullarla tanış olmaq imkanı əldə ediblər. Sərgi noyabrın 9-dək davam edəcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL