waplog

“SİNAM” şirkəti “Bakutel 2012” sərgisində öz “elektron hökumət” həllərini təqdim edib


Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun aparıcı sistem inteqratorlarından biri olan “SİNAM” şirkəti Xəzər və Qafqaz regionunun ən böyük telekommunikasiya və informasiya texnologiyaları sərgisi olan “Bakutel 2012”-də iştirak edir.Sərgidə “SİNAM”  şirkəti öz “elektron hökumət” həllərini nümayiş etdirib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.
 Təqdim edilmiş həllər arasında elektron imza, elektron sənəd dövriyyəsi platforması, müəssisə və təşkilatların elektron idarəetmə sistemi, kütləvi elektron ödənişlər sistemi, hökumət ödəniş portalı və s. xüsusi yer tutur.

“SİNAM” şirkətinin stendində həmçinin Azərbaycan və Gürcüstanın elektron xəritələrinin bundan sonra “iPhone”, “Samsung”, “HTC”, “BlackBerry”, “Nokia” və s. sahiblərinin istifadə edə biləcəkləri mobil versiyası da nümayiş etdirilib.



CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL