waplog

Koreyada “Android” sistemi ilə işləyən "Ariran" planşet kompüteri yaradılıb


Koreya Xalq Demokratik Respublikasında (KXDR) “Android” sistemi ilə işləyən "Ariran" planşet kompüteri yaradılıb. Planşetin texniki xüsusiyyətləri barədə hələ ki məlumat yoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Google" nümayəndələrinin fikrincə, KXDR-də "Android" əməliyyat sistemindən istifadə qanunidir, çünki o, açıq proqram təminatı hesab edilir.

KXDR-in yüksək texnologiyalar sahəsində qazandığı nailiyyətlər 2012-ci ilin oktyabrında Pxenyanda keçirilmiş kompüter proqramları sərgisində nümayiş etdirilmişdi. "Nodon sinmun" qəzetinin yazdığına görə, Şimali Koreya alimləri və texnoloqlarının təqdim etdiyi proqram təminatı sistemlərini yüngül sənaye və kənd təsərrüfatının uğurlu inkişaf  etdirilməsi, elektrik enerjisi istehsalının artırılması və dəmiryol nəqliyyatının iş prosesinin təkmilləşdirilməsində uğurla istifadə etmək olar".

Qeyd edək ki, KXDR-də proqram təminatının hazırlanması ilə Koreya Kompüter Mərkəzi məşğul olur. Mərkəz 1990-cı il oktyabrın 24-də yaradılıb.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL