waplog

Ona da “Wi-Fi” modulu quraşdırdılar


Müasir fotoaparatların əksəriyyəti fotoların simsiz rabitə vasitəsilə ötürülməsi üçün “Wi-Fi” modullarla təchiz edilir. Köhnə kamera sahibləri isə bu imkandan məhrumdur. Lakin yeni kamera satın almağa ehtiyac yoxdur. Belə ki, “Transcend” şirkəti “Wi-Fi” şəbəkələrinə qoşula bilən “SDHC” formatlı yaddaş kartları xəttini təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, əlavə olaraq “iPhone” və “Android” qurğuları üçün tətbiq təqdim edilib. Tətbiq çəkilmiş fotoya smartfonun ekranında bir anda baxmağa və onu internetdə paylaşmağa imkan yaradır.

Şirkətin press-relizində yazılıb ki, onun “Wi-Fi” moduluna malik yeni “SDHC” kartları 10 mb/s yazı sürətinə malik “Class 10” sinfinə aiddirlər. Daşıyıcıların tutumu 16 və ya 32 qiqabayt təşkil edir.16 QB tutumlu SD kartın qiyməti təxminən 70 dollara, 32 QB isə 100 dollara bərabər olacaq.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL