Meteoritdən hazırlanmış fləş-kart təqdim edilib
İspaniyanın “ZaNa Design” şirkəti meteorit hissəsindən hazırlanmış qeyri-adi fləş-kart istehsal edib. Qurğunun hazırlanması zamanı 200 illik Afrika qara ağacı, brilyant, qızıl və ya gümüş istifadə edilib.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, qurğunun tutumu 64 qiqabaytdır, fləş-kart “USB 3.0” interfeysini dəstəkləyir və buna görə də verilənlərin sürətli ötürülməsini təmin edir. İstehsalçı hazırlamasına o qədər əmindir ki, ona ömürlük zəmanət verir.
Daşıyıcı 2 variantda təklif edilir. Büdcəyə uyğun variantda 925 əyarlı gümüşdən istifadə edilib. Bu modelin qiyməti 1130 dollara bərabərdir. İkinci versiyada 18 karatlıq qızıl istifadə edilib və onun qiyməti 2000 dollar təşkil edir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL