Rusiyanın innovativ və texnoloji inkişafının əsas problemləri müzakirə olunacaq
2012-ci ilin dekabr ayının 20-21-də Rusiya Elmlər Akademiyasının İctimai Elmlər Üzrə Elmi İnformasiya İnstitutunda “Rusiyanın modernləşdirilməsi: əsas problemlər və onların həlli yolları” XVIII Beynəlxalq elmi konfransı keçiriləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, konfransa azərbaycanlı mütəxəssislər də qatıla bilərlər. Konfrans Rusiya Elmlər Akademiyasının İctimai Elmlər Üzrə Elmi İnformasiya İnstitutu, Hakimov prospekti 51/21” (“Profsoyuznaya” metro stansiyası, çıxış birinci vaqondan) ünvanında təşkil olunacaq. Konfransın təşkilatçılarına Rusiya Elmlər Akademiyasının İctimai Elmlər Üzrə Elmi İnformasiya İnstitutu, Rusiya Federasiyası Hökuməti nəzdində Analitik Mərkəz, REA ictimai elmlər şöbəsi, REA İnformasiya – kitabxana soveti (şurası), Rusiya iqtisadiyyatının modernləşdirilməsi və texnoloji inkişafı üzrə RFTPP Komitəsi, İnnovasiya və texnoloji inkişaf subyektləri klubu, Rusiya Federasiyası (RF) Keyfiyyət Problemləri Akademiyası, RF FŞ Parlament kitabxanası, “İnnovasiyalar”, “İnnovasiya menecmenti”, “Terrorizmə qarşı: XXI əsrin problemləri”,”Rusiya və müasir dünya”, “Fəlsəfi elmlər”,”Siyasi marketinq” şöbələri daxildir. Konfransın məqsədi sözügedən ölkənin modernizasiyasının ümummilli, regional və sahələrarası strategiyaların innovasiya və texnoloji inkişaf prioritetli layihə və proqramlarında məqsəd və mexanizmlərin konstruktiv müzakirəsi, ekspert birliyi strateji partnyorluğunun yaranması, dövlət hakimiyyət və idarəetmə orqanları, biznes strukturları, təhsil, ictimai, siyasi təşkilatları və KİV sisteminin profil təşkilatlarının yaradılmasıdır: “Bu təşkilatlar ölkənin modernizasiyasında və Rusiyanın innovasiya və texnoloji inkişafının əsas problemlərinin həll yollarında məsuliyyət daşıyırlar.
Konfransın işinin reqlamentinə gəlincə, konfransın I günü (plenar iclas)-10:30-dan 18:00-a kimi, konfransın ikinci günü (seksiyaların işi)-10:00-dan 18:00-a qədər davam edəcək. İştirakçıların qeydiyyatı isə 9:30-dan etibarən başlayacaq. Konfransda iştirak pulsuzdur və tədbirlə bağlı daha geniş məlumat almaq üçün “http://www.rkper.inion.ru/” , “http://www.rim.inion.ru/” saytlarına müraciət etmək olar”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL