Amerikada “SMS”-in populyarlığı azalır
Mobil operatorlar gəlir mənbəyindən məhrum ola bilərlər. Belə ki, Amerikada “SMS” texnologiyasının yaranması anından ilk dəfə olaraq az sayda mətn mesajının göndərilməsi qeydə alınıb.Analitik Çetan Şarma bildirib ki, ABŞ-da “SMS” göndərilməsi üzrə xidmətlər ilk dəfə olaraq populyarlığını itirməyə başlayıblar.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Şarma “SMS”-in populyarlığının azalmasını mesaj göndərmək imkanı təqdim edən sosial şəbəkə və mobil tətbiqlər tərəfindən olan rəqabətlə izah edib. Sözsüz ki, operatorların bu seqmentdə strategiyalarını inkişaf etdirməyə tələsməməsi də öz sözünü deyib.
“Ovum” tədqiqat firmasının proqnozuna görə, 2016-cı ilin sonunadək seqmentdəki ümumi zərərin həcmi 54 milyard dollar təşkil edəcək.
“Ovum” ekspertlərinin fikrincə, operatorlar abunəçilərin davranışında baş verən keçidi təcili surətdə anlamalı və onlara müasir reallıqları nəzərə alan xidmətlər təklif etməlidirlər. Hazırda internet üzərində işləyən pulsuz messencerlərin yayılmasında əsas maneə adi telefonlardan istifadə edən abunəçilərin sayının çox olmasıdır. Sözsüz ki, həmin telefonlara belə tətbiqləri quraşdırmaq mümkün deyil.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL