waplog

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Departamentinin nümayəndə heyəti ilə görüş keçirilib


AMEA Rəyasət Heyətində Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Departamentinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə MDB ölkələri üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin (Rusiya) rəhbəri Dr. Julia Knights, Qərbi Avropa üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin (Almaniya) rəhbəri Kenan Poleo, Türkiyədə Britaniyanın Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin əməkdaşı Başak Candemir, MDB ölkələri üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin əməkdaşı Dr. Marina Sokolova, təşkilati məsələlərlə bağlı Britaniya səfirliyinin İqtisadiyyat və Energetika üzrə müşaviri Elşən Qurbanov və AMEA RH-ın “Xarici əlaqələr” şöbəsinin rəhbəri Ədalət Həsənov iştirak ediblər.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan bildirilib ki, məqsəd Azərbaycanın aparıcı elm və tədris mərkəzləri ilə Britaniyanın müvafiq mərkəzləri arasında əlaqələrin yaradılmasıdır. Görüşdə AMEA prezidenti, akademik Mahmud Kərimov rəqəmsal əsrdə əlaqələrin yeni istiqamətlərinin müəyyənləşməsinin, gələcək inkişaf perspektivlərinin təyin olunmasının digər sahələrlə yanaşı, elmi-texniki sferada da əməkdaşlıq əlaqələrinin davamlı inkişafında, bilik və təcrübə mübadiləsinin aparılmasında vacib şərtlərdən olduğunu qeyd edib.

AMEA-nın elmi-tədqiqat müəssisələri və Regional elmi mərkəzlərində aparılan tədqiqatlar, Elmi İnnovasiya Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin fəaliyyəti, müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələr haqqında məlumat verən M.Kərimov ölkənin maraqlarına uyğun elm sahələrinin inkişafının əhəmiyyətini diqqətə çatdırıb.

O, qloballaşma proseslərinin vüsət aldığı dövrdə Azərbaycan elminin dünyanın inkişaf tendensiyalarına və tələblərinə cavab verən səviyyəyə çatdırılması, kreativ təfəkkürlü mobil kadrların hazırlanması, beynəlxalq əlaqələrin davamlı inkişafı, elmin informasiya təminatı kimi məsələlər haqqında danışıb. Bu hədəflərin həyata keçirilməsi məqsədilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradıldığını və ölkə başçısı tərəfindən “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” fərmanın imzalandığını diqqətə çatdırıb.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar son 5 ildə Azərbaycan üçün əhəmiyyətli olan prioritet istiqamətlər, ölkədə “beyin axını”nın qarşısının alınması, elmin maliyyələşdirilməsi ilə bağlı aparılan işlərlə maraqlandılar.

Bildirilib ki, Azərbaycan üçün hazırda digər sahələrlə yanaşı, informasiya texnologiyaları, neft-kimya, radiasiya problemlərinin həlli, bio-, nano- və info texologiyaların inkişafı və tətbiqi mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu istiqamətdə ölkədə mühüm araşdırmalar aparılır, tədbirlər həyata keçirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər isə ölkədə “beyin axını”nın qarşısının alınmasına xidmət edir.

HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL