Paytaxt sakinləri üçün telefon çəkdirmək və internetə qoşulmaq üçün gözəl fürsət
“Baktelekom” (Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) Azərbaycanda telefon rabitəsinin yaradılmasının 131 illik yubileyi ilə əlaqədar kampaniya keçirir.
“ICTnews” elektron xəbər xidmətinin birliyə istinadən verdiyi məlumata görə, kampaniyanın şərtlərinə əsasən, iki telefon çəkdirmək istəyən abunəçidən bir ədədinin çəkiliş haqqı alınmır.
Bundan əlavə, 3 Mbit/s və yuxarı sürətli internetə qoşulan abunəçiyə İP telefon nömrəsi hədiyyə verilir, 5 Mbit/s və yuxarı sürətli internetə qoşulan abunəçiyə isə İP telefon nömrəsi hədiyyə edilməklə yanaşı, 100 kanallı İPTV xidməti 3 ay pulsuz təqdim olunur.1 noyabr tarixindən etibarən başlayan kampaniya dekabr ayının 10-dək davam edəcək.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL