waplog

Gəncə şəhərində abonentlər üçün vahid müştəri xidmətləri nömrəsinin tətbiqinə başlanılır


“Ailə TV” kabel operator televiziyası və “Ailə NET” internet provayderi Gəncə şəhərində abonentlər üçün vahid müştəri xidmətləri nömrəsinin tətbiqinə başlayır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Ailə TV” mətbuat xidmətindən məlumat verilib.

Şirkətdən qeyd edilib ki, artıq “Ailə TV” və “Ailə NET” abunəçiləri onlara göstərilən xidmətlərdən istifadə ilə əlaqədar yaranan sual və təkliflərini (022) 920 telefon nömrəsinə zəng etməklə birbaşa müştəri xidmətlərinə bildirə bilərlər: “Qısa telefon nömrəsinin tətbiqi ilə stasionar və mobil telefonlardan (022) 920 nömrəsini yığan “Ailə TV” və “Ailə NET”-in Gəncə şəhər üzrə abunəçiləri, onları maraqlandıran bütün suallara müvafiq konsultasiyalar əldə edə biləcəklər. Artıq (022) 920 qısa telefon nömrəsi aktivdir və abunəçilərə 24 saat boyu xidmət göstərməkdədir”.

Qeyd edək ki, respublikada şaxələnmiş fiber-optik şəbəkəyə malik olan “AiləTV” kabel televiziyası operatoru və “Ailə NET” internet provayderi, ölkəmizdə İKT sahəsində geniş profilli xidmətlər göstərən “SKAY MAKS”  MMC şirkətinin brendləridir. “Ailə TV” və “Ailə NET” hazırda Bakı və Gəncə şəhərlərində ən böyük yaşayış sahələrini keyfiyyətli kabel televiziyası yayımı və sürətli internet xidməti ilə təmin edir. Qabaqcıl texnologiyaların tətbiqi, keyfiyyətli xidmət və çevik tarif siyasəti şirkətin fəaliyyətində əsas prioritetlərdəndir.


HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL